Qalibaf: “Tramp bir saata yeddi bəyanat verib, heç biri doğru deyil” – FOTO

Hazırda oxunan: Qalibaf: “Tramp bir saata yeddi bəyanat verib, heç biri doğru deyil” – FOTO

607812

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumat yaydığını bildirib.

Bizim.Media xəbər verir ki, İran parlamentinin sədri bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Amerika Prezidenti bir saat ərzində yeddi bəyanat verib və onların heç biri doğru deyil", - Qalibaf yazıb.

O, həmçinin vurğulayıb ki, Vaşinqton danışıqlar prosesində Tehranın bütün tələblərini yerinə yetirməsinə nail ola bilməyəcək.

Qalibaf ABŞ-nin Fars körfəzindəki İran limanlarının blokadasından imtina etməyəcəyi təqdirdə İranın Hörmüz boğazını yenidən bağlamağa hazır olduğunu təsdiqləyib.

Cümə günü Donald Tramp "Truth Social" sosial şəbəkəsində bir sıra paylaşımlar edib. O, İranın nüvə proqramını ləğv etməyə razı olduğunu və zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməyə hazır olduğunu iddia edib.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.

Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin