Rusiyaya gedənlərin diqqətinə: Yeni sərt QAYDA

Hazırda oxunan: Rusiyaya gedənlərin diqqətinə: Yeni sərt QAYDA

607760

Rusiyada artıq sərhədçilər elektron cihazları da yoxlaya bilər.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, Rusiyada sərhədçilərə vətəndaşların telefon, planşet və noutbuklarını yoxlamaq səlahiyyəti verilib.

Məlumata görə, bu qaydalar Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd xidmətinə istinadən açıqlanıb. Yeni dəyişikliklərə əsasən, sərhəddən keçən şəxslərin yalnız şəxsi əşyaları deyil, həm də elektron cihazları yoxlanıla bilər.

Qeyd olunur ki, cihazı yoxlama üçün təqdim etməkdən imtina edən şəxslər 5–7 min rubl cərimə və ya 15 sutkaya qədər inzibati həbs riski ilə üzləşə bilər.

Bu, “qanuni tələbə tabe olmamaq” kimi qiymətləndirilir.

Hüquqşünaslar isə bildirir ki, qanun cihazlara “əşya” kimi baxmağa və onları yoxlamağa imkan versə də, onların daxilindəki məlumatlara çıxış verməyi məcburi etmir.

“FTX əməkdaşları texnikanı yoxlamaq üçün tələb edə bilər, lakin cihazın içindəki məlumatlara giriş üçün parolun açıqlanması qanunla tələb olunmur”, – deyə hüquqşünas Yevgeni Smirnov bildirib.

O əlavə edib ki, Konstitusiya şəxsi həyatın və yazışmaların gizliliyini qoruyur və heç bir qanun insanı telefonunun parolunu açıqlamağa məcbur edə bilməz.

Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, praktikada vəziyyət fərqli ola bilər və sərhəddən keçən şəxslər üçün əlavə risklər yarana bilər.

Qeyd edək ki, sərhədçilərin səlahiyyətlərini genişləndirən bu dəyişikliklər hələ 2025-ci ilin yayında qüvvəyə minib, lakin məsələ yalnız son dövrlərdə geniş müzakirə olunmağa başlayıb.

Rəsmi izaha görə, bu addımlar terrorizm, ekstremizm və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin