Macarıstan hökumətini formalaşdırmaq hüququ qazanan “Tisa” partiyasının lideri Piter Madyar ona təklif edilən polis mühafizəsindən imtina edib.
Bizim.Media xəbər verir ki, Baş nazir vəzifəsinə başlayana qədər o, özəl təhlükəsizlik xidmətlərindən istifadə edəcək.
"Təklifə görə Milli Polis Rəisinə təşəkkür edirəm, amma yenə də polis mühafizəsi istəmirəm. İndiyə qədər qorxacaq bir şeyim olmayıb və gələcəkdə qorxmağa heç bir səbəb olmamasına çalışacam. Macarıstan vicdanla yaşayan və işləyən heç kimin qorxmadığı bir yerə çevriləcək", - deyə Madyar “Facebook”da yazıb.
Qeyd edək ki, Macarıstan Avropanın ən təhlükəsiz yerlərindən biri hesab olunur və cinayətkarlıq səviyyəsi digər Aİ ölkələri ilə müqayisədə çox aşağıdır.
Bizim.Media



































































































