ABŞ Prezidenti Donald Tramp Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Truth Social” sosial media hesabında açıqlama paylaşıb. Onun sözlərinə görə, nəticədə bu ölkələr arasında 10 günlük atəşkəs razılaşdırılıb.
"İki lider ölkələri sülhə nail olmaq üçün rəsmi olaraq 10 günlük atəşkəs elan edəcəkləri barədə razılığa gəliblər. Bu atəşkəs Şərq vaxtı ilə saat 17:00-dan başlayacaq", - Ağ Ev rəhbəri yazıb.
O, həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vens, ABŞ dövlət katibi Marko Rubio və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə İsrail və Livanla birlikdə ölkələr arasında "davamlı sülhə nail olmaq" üçün işləməyi tapşırdığını söyləyib.
Bizim.Media


































































































