“ABŞ-ın Kubaya qarşı silahlı aqressiyaya başlaması üçün hər hansı əsasları yoxdur. Bununla belə, hərbi əməliyyatlar ABŞ Prezidenti Donald Trampın iradəsi ilə başlaya bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya açıqlamasında Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Amerika araşdırmaları kafedrasının professoru Lazar Xeyfets bildirib.
Onun sözlərinə görə, əgər Kubada quru əməliyyatı həyata keçirilərsə, bu, amerikalı hərbçilər arasında ciddi itkilərə səbəb ola bilər və Trampın buna razılıq verməsi çətin görünür.
Bununla yanaşı, bəzi şəxslər hesab edir ki, Kuba ordusu ciddi müqavimət göstərə bilməz. Professor qeyd edib ki, ABŞ-ın Kubaya qarşı mümkün bombardmanlar həyata keçirməsi üçün ictimaiyyətə təqdim edilə biləcək müəyyən əsaslara ehtiyac var.
Onun fikrincə, ABŞ-ın İranla qarşıdurmasında bu cür əsaslar tapılmışdı, lakin Kuba məsələsində vəziyyət daha mürəkkəb görünür.
“Prezident Trampın iradəsindən başqa, Kubaya qarşı hərbi güc tətbiqini əsaslandıracaq arqumentləri təsəvvür etmək çətindir. Kuba nə miqyası, nə silahlı qüvvələrinin vəziyyəti, nə də rəhbərliyinin ideologiyası baxımından ABŞ üçün təhlükə yaratmır və yarada bilməz. Buna izah tapmaq üçün çox ciddi əsaslandırma tələb olunur”, — deyə o vurğulayıb.
Eyni zamanda, Xeyfets qeyd edib ki, faktiki olaraq Trampın hər hansı ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq üçün əlavə izaha ehtiyacı olmaya bilər.
“Onun şəxsi baxışı və ya Marko Rubio kimi siyasətçilərin mövqeyi prezidentin qərarlarına təsir göstərə bilər”, — deyə professor yekunlaşdırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:54 / 16.04.2026
ABŞ bu ölkəyə qarşı müharibəyə BAŞLAYA BİLƏR
Hazırda oxunan: ABŞ bu ölkəyə qarşı müharibəyə BAŞLAYA BİLƏR
Hazırda oxunan: ABŞ bu ölkəyə qarşı müharibəyə BAŞLAYA BİLƏR
607442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































