97 yaşında orqan donoru oldu

Hazırda oxunan: 97 yaşında orqan donoru oldu

607357

97 yaşlı Pensilvaniya sakini Peqqi Filds ştatın ən yaşlı orqan donoru kimi tarixə düşüb.


Bizim.Media xəbər verir ki, bu barədə Pittsburgh televiziya stansiyası “WTAE-TV” məlumat yayıb.

Mənbənin məlumatına görə, qadın ABŞ-də üçüncü ən yaşlı donor olub.
 

Donor orqanı olan qaraciyər Floridada bir xəstəyə köçürülüb. Orqan Bərpası və Təhsili Mərkəzi (CORE) bu halın orqan donorluğu üçün yaş məhdudiyyətləri ilə bağlı geniş yayılmış mifi təkzib etdiyini vurğulayıb. Mütəxəssislər qeyd ediblər ki, əsas olan yaş deyil, orqanın vəziyyəti və insanın ümumi sağlamlığıdır.


Qeyd etmək lazımdır ki, ABŞ-da ən yaşlı orqan donoru hazırda Nebraskadan olan 100 yaşlı qadın hesab olunur. Lakin Fildslə bağlı yaşanan hadisə Pensilvaniya üçün unikal və ölkədə ən nadir hallardan biri olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin