Simonyan: “Ermənistan Rusiya ilə müharibə aparmaq istəmir”

Hazırda oxunan: Simonyan: “Ermənistan Rusiya ilə müharibə aparmaq istəmir”

607063

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, ölkəsi Rusiyaya heç bir təhlükə yaratmaq niyyətində deyil.

Bizim.Media xəbər verir ki, Simonyan bu barədə brifinqdə danışıb.

Onun sözlərinə görə, mövcud problemlərin hamısı müzakirə olunacaq, aradan qaldırılacaq və həll ediləcək.
 

“Heç kim heç kimlə müharibə etməyəcək. Biz Rusiyaya heç bir təhlükə yaratmırıq və yaratmaq fikrində də deyilik. Belə niyyət yoxdur”, - deyə o, əlavə edib.


Spiker qeyd edib ki, bu cür məsələlər müxtəlif ölkələr arasında yaranır və dövlət xadimlərinin vəzifəsi onları nizamlamaqdır.

Qeyd edək ki, bu açıqlama Rusiyada Proşyan konyak zavodunun lisenziyasının mümkün ləğvi və “Cermuk” mineral suyunun tədarükü ilə bağlı yaranan problemlər fonunda səsləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin