Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Hazırda oxunan: Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

606935

ABŞ Prezidenti Donald Tramp vərdiş olunmuş siyasi bəyanatların xaricində, bu dəfə bir kuryerlə olan dialoqu vasitəsilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, görüntülərdə Donald Trampın Oval Ofisin girişində "DoorDash" şirkətinin kuryerindən "McDonald's" sifarişini təslim aldığı görünür. Şarron adlı kuryer qarşısında ABŞ Prezidentini gördükdə təəccübünü gizlədə bilməyib.
 

Tramp kuryerlə söhbəti zamanı xüsusilə xidmət sektorunda çalışanları yaxından maraqlandıran "bəxşiş vergisi" mövzusuna toxunub. O, bəxşiş gəlirlərindən vergi alınmaması istiqamətindəki siyasətini bu dialoqla yenidən gündəmə gətirib.


Tramp kuryerə müraciətlə belə deyib: "Eşitdiyimə görə, ötən il ödəməli olduğun vergi yükü səbəbindən qazandığın 11.000 dollarlıq bəxşişdən məhrum olmusan. Bax, biz məhz buna görə buradayıq (bu vergini ləğv etmək üçün)."

Kuryer Şarron Prezidentin bu mesajı qarşısında sevincini gizlədə bilməyib və ötən il həqiqətən də vergi borcları səbəbindən ciddi maliyyə itkisi yaşadığını təsdiqləyib. (Milli.az)


Bizi.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin