Daşnaksütyun partiyasının fəalı Ermənistana buraxılmadı

Hazırda oxunan: Daşnaksütyun partiyasının fəalı Ermənistana buraxılmadı

591323

Ermənistanda Daşnaksütyun partiyasının daha bir üzvü barədə ölkəyə giriş qadağası tətbiq edilib.

Moderator.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu haqda sosial media hesablarında məlumat yayılıb.

Belə ki, Daşnaksütyun partiyasının Fransadakı şöbəsinin Gənclər Birliyinin sədri Njde Karakavoryanı "persona non qrata" elan edilib.

Bildirilib ki, bu addım heç bir izah verilmədən atılıb. O, partiya konqresində iştirak etmək üçün fevralın 6-10-da Sünikə gəlməli idi.

Qeyd edək ki, bundan əvvəl Daşnaksütyunun digər nümayəndələri Murad Papazyan, Masis Abrahamyan və Syune Abrahamyanın ölkəyə girişi yasaqlanmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin