Fəthullah Gülən xəstədir

Hazırda oxunan: Fəthullah Gülən xəstədir

56084
Fəthullah Gülən son söhbətində xəstə olduğunu açıqlayıb.
Moderator.az-ın məlumatına görə, 17 və 25 dekabr böyük rüşvət əməliyyatlarından sonra Türkiyə hökumətilə üz-üzə gələn Fəthullah Gülən “Müsibətlərin pərdə arxası və son nəfəsə qədər xidmət” adlı yeni söhbətində xəstəlikdən söz açıb.

Danışığında “Allah dərdliləri sevər” deyərək söhbətinə başlayan din xadimi, xəstə olduğu üçün bu söhbəti etdiyini bildirib. F.Gülən yeni yayımlanan danışığında “camaatına” səbrli olmağı məsləhət görüb. 

“Şəxsi həyatımıza gəlib başımıza bəla olan virusları, problemləri, dərdləri, xəstəlikləri sizə bir iltifatın ifadəsi olaraq görməlisiniz” deyən F.Gülən xəstəliyin ilahi bir lütf olduğunu bir daha vurğulayaraq, xəstə olmağına diqqət çəkib: “Rəbbimə hesab vermək narahatlığı duydum. Bu gün də xəstəyəm və bircə Rəbbim bilir nə çəkdiyimi. “öləcəyəmsə də belə bir şey edərkən ölüm” mülahizəsi ilə gəldim, o mülahizə ilə başınızı ağrıtdım.”

Qeyd edək ki, bir neçə ay bundan əvvəl Türkiyədə hökumətlə qarşı-qarşıya gələn "Hizmət" hərəkatının lideri Fəthullah Gülən ABŞ-ın Pensilvaniya ştatında yaşayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin