Ərdoğan İŞİD-ə: "Səbrimiz tükənir"

Hazırda oxunan: Ərdoğan İŞİD-ə: "Səbrimiz tükənir"

49848
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Yaşılay Cəmiyyətinin təşkil etdiyi iftar ziyafətinə qatılıb. 
Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə iftar süfrəsinin verildiyi qəsrə sahil təhlükəsizliyinə aid bir qayıqla gedib.
İftar yeməyindən sonra çıxış edən baş nazir Ərdoğan İŞİD-ə səslənərək "İraqdakı qardaşlarımızın sağ-salamat dönməsi üçün əlimizdən gələni edirik. Ancaq səbrimiz son həddinə gəldi. Sənə bir zərəri olmayanlara bunu edə bilməzsən. Hazırda o qardaşlarımız çox çətin şərtlərdə yaşayırlar. İŞİD-ə səslənirəm. Konsullarımızın buraxmalarını istəyirik. Bunu xüsusilə xatırladıram" dedi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin