Poroşenkoya qarşı etiraz aksiyası keçirildi -VIDEO

Hazırda oxunan: Poroşenkoya qarşı etiraz aksiyası keçirildi -VIDEO

49014
Ukraynanın paytaxtı Kiyevdə əsgərlər və fəallar Prezident Administrasiyasının binası önündə etiraz aksiyası keçiriblər. 
ANS TV-nin məlumatına görə, aksiya iştirakçıları Ukrayna prezidenti Petro Poroşenkonu ölkənin şərqində rusiyayönümlü separatçılarla əldə edilmiş atəşkəsi dayandırmağa çağırıblar. 
Etirazçı kütlə qarşısında çıxış edən Donbass özünümüdafiə batalyonunun komandiri Semyon Semençenko isə hər kəsi səbrli və təmkinli olmağa çağırıb. O, prezident Poroşenkonun Ukrayna xalqına qulaq asacağına və onları dəstəkləyəcəyinə əmin olduğunu vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin