Türkiyədə rus, gürcü və azərbaycanlı mafiyası döyüşdü

Hazırda oxunan: Türkiyədə rus, gürcü və azərbaycanlı mafiyası döyüşdü

47744
Edirnə valisi Dursun Əli Şahin polis məmuru Hüseyn İmrağın müdaxilə etmək istəyərkən şəhid olduğu döyüşə bağlı açıqlama verib. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, vali deyib: “Mənə verilən məlumata görə, hadisə rus, gürcü və azəri mafiyasının bir-birləri ilə daha əvvəlki bir hadisədən hesablaşmasının davamını Edirnedə davam etdirmələrindən ibarət olub”.
Şəhid olan 33 yaşındakı polis məmuru Hüseyn İmrağ üçün valilik bağçasında mərasim təşkil edilib. Şahin açıqlamasında dünənki hadisədə çox millətli cinayətkar dəstələrin iştirakının təsbit edildiyini söyləyib. Onun sözlərinə görə, polis məmuru dava iştirakçılarını ayırmağa çalışarkən şəhid olub. 
Şahin “mafiya” olaraq xarakterizə etdiyi şəxslərin böyük hissəsinin tutulduğunu və lazımlı cəzalarını alacaqlarını da vurğulayıb. Hazırda onların sorğu-sualı davam edir. 

Qeyd edək ki, Edirnedə dünən iki qrup arasındakı silahlı döyüşə müdaxilə etmək istəyərkən sinəsindən yaralanan polis məmuru Hüseyn İmrağ müalicə gördüyü xəstəxanada dünyasını dəyişib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin