Kiyevdə iki azərbaycanlı gənc döyüldü

Hazırda oxunan: Kiyevdə iki azərbaycanlı gənc döyüldü

43665

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı gənc radikal “Pravıy sektor” təşkilatının üzvləri tərəfindən döyülüb.


Bu barədə APA-ya hücuma məruz qalanlardan biri - Azərbaycan vətəndaşı Elvin Əliyev məlumat verib. O, Sumqayıt şəhər sakini, Ukraynadakı universitetlərdən birinin yuxarı kurs tələbəsi, 1985-ci il təvəllüdlü Qarayev Şahid Şakir oğlu birlikdə hücuma məruz qaldıqlarını söyləyib.
 
Hadisənin bir həftə əvvəl baş verdiyini deyən E. Əliyev qeyd edib ki, daha çox zərər çəkən Ş. Qarayevin döyüldükdən pasportu və pul kisəsi “Pravıy sektor”un üzvləri tərəfindən alınıb və hələ də bir xəbər yoxdur. O, hadisəni belə nəql edib: “Həmin axşam biz “Bessarabskiy” bazarının yanında bir marketdən çıxırdıq. Qəflətən qolları etiketli, əli dəyənəkli “Pravıy sektor”un adamları ilə rastlaşdıq. Onlar içkili idilər. Bizi görən kimi “kaci, kaci” deyib (onlar digər millətləri belə adlandırırlar) üstümüzə cumdular. 

Müqavimət göstərən Şahid Qarayevi bərk döydülər və pasportunu aldılar. Biz yerli rayon milisinə müraciət etsək də, bizə bildirdilər ki, onlar Pravıy sektor”un aktivistləridir və milis onlara müdaxilə edə bilmir. Hətta pasportu da tapıb verə bilmədilər. Şahid Qarayev Azərbaycan səfirliyinin köməkliyi ilə Bakıya qayıdıb və yeni pasport almaq üçün müraciət edib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin