"Rusiya Krımdan çıxmayacaq" - Obama

Hazırda oxunan: "Rusiya Krımdan çıxmayacaq" - Obama

43570
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiya strateji vacib mövqedən geri çəkilməyəcək və Krımdan getməyəcək. Musavat.com-un Associated Press-ə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar prezidenti etiraf edib ki, Qərb ölkələrinin təzyiqləri Putinə əhəmiyyətli şəkildə təsir etməyib.

Bununla belə, Barak Obama əlavə edib ki, beynəlxalq ictimaiyyət Krım yarımadasının Rusiya tərəfindən işğalını qəbul etməyəcək. Niderlandda nüvə təhlükəsizliyi sammitində iştirak edən Barak Obama və Avropa liderləri Krımdakı vəziyyətə hərbi müdaxilənin az ehtimal olunduğu qənaətinə gəliblər.

Barak Obama qeyd edib ki, indi ABŞ və Avropanın bütün səyləri Rusiyanın Ukrayna ərazilərini işğalını genişləndirməsinin qarşısını almağa xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin