Mənim heç bir günahım yoxdur. İslam hərəkatına mənsub olduğuma görə məni öldürürlər. Şəhidlik hamıya bəxş edilən alın yazısı deyildir. Uca Allah mənə şəhidlik nəsib etsə, özümü çox xoşbəxt bilərəm. Şəhidlik həyatımın ən böyük uğuru olacaqdır. Mənim qanım İslam hərəkatını ayağa qaldıracaq, hökmran insanların sonunu gətirəcəkdir.
Özümə görə narahat deyiləm. Mən bu millətin və İslam hərəkatının aqibətilə bağlı narahatlıq keçirirəm. Bildiyimə görə hər hansı səhv və ya günahım yoxdur. İslam hərəkatı üçün bütün həyatımı fəda etdim.
Uca Allahın lütfü ilə heç bir ədalətsizliyə baş əyməyəcəyəm. Dünyəvi məqam qarşısında bağışlama və həyat haqqı axtarmaq mümkün deyildir. Allah, həyat və ölüm mövzusunda qərar verəcək yeganə qüvvədir. Qədərimi Allah müəyyən edəcəkdir.
Mən hər hansı insanın qərarına əsasən edam edilmirəm. Mənim şəhidlik zamanım Uca Allahın qərarına görə nəticələndiriləcəkdir. Hər halda Uca Allahın qərarını qəbul edirəm." Bu sözləri 42 ildir ki, Banqladeş həbsxanasında məhbus həyatəı yaşayan Abdulqadir Molla deyib. A.Molla 42 ildir ki, Banqladeş meüəlmanlarının hüquqları uğrunda mübarizə aparıb.
din.az
































































































