Artıq bir neçə gündür ki, metro stansiyalarında ölkənin aparıcı qəzetlərinin satışına qadağa qoyulub. Maraqlıdır, qəzet rəhbərləri yaranmış bu vəziyyətlə bağlı hansısa addım atmağı fikirləşir?
Moderator.az- a açıqlama verən “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov metroda qəzet satışına qoyulan qadağanı söz azadlığının boğulması adlandırdı:
“Onsuz da şəhərdə qəzet köşkləri demək olar ki, yığışdırılıb yeni köşklər isə qəzetdən başqa hər şey satır. Metroda qəzet satışına qoyulan qadağa ölkədə söz azadlığına vurulan növbəti zərbədir.
“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan da metro stansiyalarında qəzet satışına qoyulan qadağanı pislədi:
“Bu söz və mətbuat azadlığına kobud şəkildə müdaxilədir. Bizim bu qadağaya sakit yanaşmaq fikrimiz yoxdur. Yaranmış vəziyyətlə əlaqədar olaraq digər qəzet nümayəndələri ilə məsləhətləşmələrimiz davam etməkdədir. Çox güman ki, yaxın günlərdə piket və bir sıra aksiyalar da keçirəcəyik”.
Xəyal Əzizov


































































































