Rus şəhəri su altında qala bilər

Hazırda oxunan: Rus şəhəri su altında qala bilər

33748

Rusiyanın Komsomolsk-na-Amure şəhərini Amur çayından qoruyan bənd uçmaq təhlükəsi ilə üz-üzədir. Moderator.az Rusiya FHN-nin təmsilçisinə istinadən bildirir ki, hazırda 500 hərbi qulluqçu bəndi əllə bərkidir. Pis hava şəraiti üzündən ərazidə texnika işlətmək mümkün deyil. 

Bənd şəhərin Mılki mikrorayonunu daşqından qoruyur. Rusiya fövqəladə hallar nazirinin birinci müavini, general-polkovnik Sergey Şlyakovun sözlərinə görə, bəzi yerlərdə su bəndi aşıb, bəzi yerlərdə sızıb və içəri tərəfdən uçqunlara səbəb olub. 

Bu gün Komsomolsk-na-Amurda Amur çayının səviyyəsi 908 sm artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin