Rəfsəncaninin qızı növbəti dəfə mühakimə ediləcək

Hazırda oxunan: Rəfsəncaninin qızı növbəti dəfə mühakimə ediləcək

30898

İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşiminin məhkəmə prosesinin keçiriləcəyi tarix məlum olub.

APA-nın məlumatına görə, onun vəkili Qulam Riyahi bildirib ki, F.Haşimi bu il avqustun 7-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində olmalıdır. Onun sözlərinə görə, müvəkkili həbsxananın qayda-qanunlarını pozmaqda günahlandırılır.

Qeyd edək ki, İran təhlükəsizlik qüvvələri F.Haşimini 2012-ci il sentyabrın 22-də axşam saat 23-də mənzilində tutub Tehranın “Evin” zindanına aparıblar. Tehran məhkəməsi ötən ilin yanvar ayında F.Haşimini 6 ay müddətinə azadlıqdan məhrum etsə də, həbsə salınmayıb. Məhkəmə F.Haşimini xaricdə fəaliyyət göstərən müxalif saytlardan birinə müsahibə verməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və “yaşıl hərəkat”ı dəstəkləməkdə günahlandırıb. F.Haşimi 6 aylıq həbs cəzasını tamamladıqdan sonra bu il martın 19-da azadlığa buraxılıb.

H.Rəfsəncani 1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin