Yaponiyada iki gəmi toqquşub – İtkin düşənlər var

Hazırda oxunan: Yaponiyada iki gəmi toqquşub – İtkin düşənlər var

272310
Tokiodan şərqdə Tiba prefekturasından 11 km aralıda Yaponiyaya məxsus iki yük gəmisi toqquşub.

Oxu.Az bildirir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə nəticəsində gəmilərdən biri batıb. Göyərtədə olan beş heyət üzvündən dördü itkin düşüb. Gəminin kapitanı isə xilas edilib.xa0xa0

Məlumata əsasən, hadisə gecə saatlarında, dumana görə yaranmış pis görmə şəraiti səbəbindən baş verib. Batan gəmi Osaka şəhərinə 1,6 min ton polad daşıyırdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin