Alimlər yeni texnologiyalarla plastik tullantıları neftə çevirəcək

Hazırda oxunan: Alimlər yeni texnologiyalarla plastik tullantıları neftə çevirəcək

258703
ABŞ-ın Perdyu Universitetinin alimləri kimya professoru Linda Vanın rəhbərliyi altında ən müxtəlif məmulatların (butulka qapaqları, elmi alətlər) yaradılmasında istifadə edilən daha geniş yayılmış termoplastik tipi olan poliolefinin emalı texnologiyasını hazırlayıb.Emal nəticəsində polimerlər, naftu (karbohidrogen qarışığı) və hər cür yanacaq növləri daxil olmaqla bir çox qiymətli məhsullar istehsal ediləcək.
xa0
L.Van və onun həmkarları “hidrotermal mayeləşdirmə” adlı texnologiyadan istifadə ediblər. Sözügedən texnologiya materialların yüksək təzyiq altında orta temperaturadək qızdırılmasını nəzərdə tutur, bu da onları bir çox qiymətli karbohidrogen birləşməsindən ibarət olan neftə çevirir.(AzEdu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin