İsrailin törətdiyi qətliam araşdırılacaq - BMT qərar verdi

Hazırda oxunan: İsrailin törətdiyi qətliam araşdırılacaq - BMT qərar verdi

225780
14 mayda Qəzzada 63 nəfərin ölümünə, 2700-dən çox fələstinlinin yaralanmasına səbəb olan İsrailin kütləvi qətliamı BMT tərəfindən qınanılıb.

Qurumun İnsan Hüquqları üzrə Komitəsi işğalçı İsrailin fələstinlilərə qarşı törətdiyi qətliamın araşdırılması üçün xüsusi komissiya yaradılmasını qərara alıb.

Bununla bağlı keçirilən səsvermədə 29 ölkə lehinə, 2 ölkə əleyhinə səs verib. 14 ölkə isə bitərəf qalıb.

Əleyhinə səsləri ABŞ və Avstraliya verib. Bitərəf qalan ölkələr sırasında Almaniya, İngiltərə, Yaponiya, İsveçrə kimi ölkələr yer alıb.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin