Dünyanın ən bahalı konfeti təqdim olundu

Hazırda oxunan: Dünyanın ən bahalı konfeti təqdim olundu

217707
Portuqaliyada keçirilən beynəlxalq şokolad festivalında dünyanın ən bahalı konfeti təqdim olunub.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu şirniyyat məhsulunun qiyməti nə az, nə çox, 7728 avro təşkil edir.

Konfetin hazırlanması prosesində zəfəran telləri, ağ trüfel, Madaqaskar vanili və məxfi inqrediyentdən istifadə olunub.xa0 Konfetin 23 karatlı qızılla örtüldüyü bildirilir.xa0xa0

Şirniyyatçı Daniel Qomeşin dediyinə görə, bu konfetlərin hazırlanmasınaxa0 bir ildən çox vaxt sərf olunub. Hələlik bahalı şirniyyat məhdud sayda – cəmi 1000 ədəd hazırlanıb.xa0 xa0xa0

Hər bir konfet qutuya bənzər laklanmış qara taxtadan və xrustaldan hazırlanmış,xa0 Swarovski daşları, mirvari və qızıl qravürası ilə bəzədilmiş bağlamada satılır.

Eksklüziv konfetlər artıq sifariş əsasında Birləşmiş Ərəb Əmirliyi, Anqola, Argentina və Rusiyaya göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin