Britaniya 24 rus diplomatı ölkədən qovdu, BMT toplanır - Cəsus qalmaqalı

Hazırda oxunan: Britaniya 24 rus diplomatı ölkədən qovdu, BMT toplanır - Cəsus qalmaqalı

217201

Rusiya vətəndaşı olan və ingilis kəşfiyyatına çalışan keçmiş cəsus Sergey Skripalla qızının İngiltərədə zəhərlənməsi olayı ilə bağlı Britaniya hökuməti sərt addım atıb.

Böyük Britaniyanın baş naziri Tereza Mey olayla əlaqədar 23 rus diplomatın deportasiya edildiyini elan edib. Mey əlavə edib ki, diplomatlara Britaniyanı tərk etmələri üçün bir həftə vaxt verilib.xa0

Diplomatların deportasiyası zəhərlənmə olayının arxasında Rusiyanın dayandığını iddia edən Böyük Britaniyanın bu ölkəyə cavab addımı olacaq.xa0
Belə ki, martın 12-də Tereza Mey Rusiyanı Skripal və qızının zəhərlənməsində əlaqəsi olmaqda ittiham etmişdi.xa0

Rusiya XİN rəhbəri Sergey Lavrov isə bəyan etmişdi ki, Moskvanın olayla heç bir əlaqəsi yoxdur.xa0

Bununla yanaşı, Reuters agentliyi yazır ki, hazırda Rusiya səfiri Britaniya XİN-nə çağırılıb. Böyük Britaniya BMT TŞ-ni Skripalın zəhərlənməsi olayı ilə bağlı təcili toplanmağa çağırıb.xa0

Qeyd edək ki, Skripal 2004-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və dövlətə xəyanətdə ittiham edilərək haqqında 13 il həbs qərarı çıxarılıb, bütün rütbə və mükafatları əlindən alınıb.xa0 2010-cu ildə isə ABŞ tutduğu 10 rus cəsusu ilə dəyişdirilib. Elə həmin ildən Böyük Britaniyada sadə həyat sürüb. Zəhərlənən ata ilə qızın vəziyyəti isə hazırda ağır olraq qalır. (qafqazinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin