Britaniya baş naziri Tereza Mey, İngiltərədə siyasi sığınacaq almış keçmiş rusiyalı casus Serqey Skripal və onun qızının “Noviçok” fəsiləsindən olan sinir sistemini iflic edən maddə ilə zəhərləndiyini bildirib.Bu barədə “The Sun” məlumat yayıb.
“Məlum olub ki, Skripal Rusiyada istehsal olunmuş sinir-sistemini iflic edən hərbi təyinatlı maddə vasitəsi ilə zəhərlənib. Bu maddə “Noviçok” adı ilə tanınan sinir-iflic edən maddələr qrupuna daxildir” deyə Mey bildirib.
Bundan əvvəl Britaniya baş nazirixa0 Skripalın zəhərlənməsində Rusiyanın əlinin olduğuna eyham vurmuşdu.(apa)
































































































