Rusiyanın Su-57-ləri Avropanı qorxuya saldı

Hazırda oxunan: Rusiyanın Su-57-ləri Avropanı qorxuya saldı

212293
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı Avropa ilə Rusiya arasında qarşıdurma riskini artırır.

Bu iddia ilə “Deyli Ekspress” qəzeti çıxış edib.

“Yeni təyyarənin buraxılması Rusiya ilə müharibə imkanları barədə narahatlığı artırır. Maraqlı məqam odur ki, Su-57 ilə bağlı informasiya Münhen Təhlükəsizlik Konfransının Avropa ilə Rusiya arasında müharibə təhdidinin yaranması ilə bağlı illik hesabatının dərcindən az sonra ictimaiyyətə təqdim edilib”, – məqalədə qeyd edilib.

Qeyd edək ki, Su-57 Rusiyanın beşinci nəsil qırıcısıdır. Moskva 2020-ci ilə qədər bu təyyarələri öz silahlanmasına qəbul etməyə hazırlaşır.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin