Ermənistan Müdafiə Nazirliyinin avtomobili qəzaya uğrayıb.
xa0
APA-nın "Shamshyan.com" saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İrəvanın Baqratunyats küçəsində baş verib.
xa0
Müdafiə Nazirliyinə məxsus "VAZ 2121" markalı xidməti avtomobil "VAZ 2110"1 markalı digər avtomobillə toqquşub.
xa0
Nəticədə xidməti maşın çevrilib, içərisində olan bir nəfər xəsarət alıb. Onun xəstəxanaya çatdırıldığı bildirilir.

































































































