İşğalçı Qarabağ “ordusu”x9dnun itkilərini etiraf etməyə başladı.
Qarabağ cəbhəsində baş vermiş son hərbi toqquşmalar zamanı məhv edilmiş və aprelin 20-də qarşı tərəfə təhvil verilmiş erməni hərbi qulluqçusunun adı açıqlanıb. Musavat.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu hərbi qulluqçu neçə gündən bəri meyiti döyüş meydanında qalan, son günlərədə itkin düşmüş sayılan kapitan, 23 yaşlı Arqişti Qaboyandır.xa0
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın öz meyitlərini geri almaqdan imtina etdiyi barədə rəsmi məlumat yaymışdı. O zaman belə fikirlər var idi ki, işğalçı ölkə Qarabağdakı hərbçilər arasında itkiləri gizlətmək üçün bu mövqedən çıxış edir. Elə Qaboyanın qondarma “DQR”x9d-in “ordusunun zabiti”x9d olması barədə yayılan xəbər də deyilənləri təsdiqləyir.xa0
Qeyd edək ki, ATƏT-in və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin iştirak etdiyi təhvilvermə prosesi Ağdamın Baş Qərvənd kəndi ərazisində, qoşunların təmas xəttində həyata keçirilib.xa0
Düşmən ölkə 2-5 apreldəki döyüşlərdə və ondan sonrakı günlərdə 92 itki verdiyini açıqlamışdı. Azərbaycan tərəfin atəşkəs dövründə təhvil verdiyi sayca 19-cu meyiti də əlavə etsək, rəsmi rəqəmlərə görə, işğalçı ölkə 93 əsgər və zabit itirib. Ancaq Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin itkilərinin bir neçə dəfə çox olduğunu bəyan edib.xa0







































































































