Ərəb Birliyi, İsrailin Baş naziri Benyamin Netanyahunun, Suriyanın işğal altındakı Colan təpələriylə bağlı şərhini qınayıb.
Ərəb Birliyindən edilən yazılı şərhdə, Netanyahunun işğal altındakı Colan təpələri ilə əlaqədar etdiyi açıqlamada beynəlxalq sülh səylərini hədəf aldığı ifadə edilərək, "Baş nazir Netanyahunun İsrailin Colan təpələrindən çəkilməyəcəyinə dair sözləri, beynəlxalq hüquq prinsipləri, Birləşmiş Millətlər Təşkilatının ( BMT) Baş Assambleyası ilə BMT Təhlükəsizlik Şurasının qərarları, insan hüquqları və Cenevrə müqavilələrinin pozuntusudur. " deyə bildirilib.
Moderator.az xəbər verir ki, Suriyadakı böhrandan istifadə edərək Colan təpələrinin işğalını davam etdirmə mövzusunda İsrailin xəbərdar edildiyi şərhdə, "Suriyanın işğal edilmiş Colan təpələrinin geri alınması, ərəb olan Suriya xalqının suverenlik haqlarındandır" ifadələri işlədilib.
Netanyahu, İsrail hökumətinin quruluşunun birinci ildönümü münasibətilə dünən ilk dəfə Colan təpələrində keçirdiyi kabinet konfransında, beynəlxalq cəmiyyətin, "İsrailin Colan Təpələri üzərindəki suverenliyini" tanınması vaxtı gəldiyini ifadə edərək, "İsrail, Colan təpələrini sonsuza qədər əlində tutacaq." demişdi.
Colan təpələri 1967-ci ildə Altı Gün Döyüşü olaraq bilinən Ərəb - İsrail müharibəsi ilə İsrail tərəfindən işğal edilmişdi. İsrail, 1981-ci ildə Colanın ələ keçirdiyi hissələrini müxtəlif beynəlxalq qərarlara baxmayaraq tək yanlı olaraq ilhaq etmişdi.
Elşən Yəhyayev






































































































