“Suriyadakı atəşkəs sazişi kifayət qədər kövrəkdir”x9d

Hazırda oxunan: “Suriyadakı atəşkəs sazişi kifayət qədər kövrəkdir”x9d

124412

Suriyada atəşkəs sazişinin imzalanması uzun müddətdir ki, bölgədəki qanlı qırğınlardan, dəhşətli bombardmanlardan əziyyət çəən insanların sevincinə səbəb olmaqla yanaşı, problemin bundan sonrakı həllinin danışıqlar yolu ilə nizamlana biləcəyi ilə bağlı da ümidlərə yol açıb. Lakin bəzi ekspertlər hesab edir ki, bu razılaşmanın uzun müddət davam edəcəyi o qədər də inandırıcı görünmür. Buna səbəb problemin həllində iştirak edən qüvvlərin müxtəlifliyi, onların hər birinin özünəməxsus maraq və mənafelərə xidmət etməsidir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli də Suriyada atəşkəsi təmin edən sazişin olduqca kövrək olduğuna diqqət çəkdi:

 “Suriyada atəşkəsin imzalanması ilə bağlı saziş kövrək bir sazişdir. Bu saziş Suriyaya həmişəlik sülh gətirməyəcək. Çünki bu problemdə o qədər müxtəlif ölkə və silahlı qruplaşmalar iştirak edir ki, bu atəşkəs prosesinə nəzarət etmək qeyri-mümkündür. Atəşkəs prosesi münaqişədə iştirak edən tərəflərin hər birinə lazımdır. Bu atəşkəs ABŞ-a da lazımdır. Çünki Birləşmiş Şttalar bütün gücünü İŞİD-in sıradan çıxarılmasına cəlb etmək niyyətindədir. Rusiyaya isə ona görə lazımdır ki, müvəqqəti olaraq dinclik əldə etsin, nəfəsini dərsin. Bu saziş Rusiyaya həm də ona görə lazımdır ki, Kreml ictimaiyyətə göstərsin ki, sonda Amerika yenə də onunla məsləhətləşdi, onunla razılığa gəldi. Bu məsələdə Türkiyəni də, Səudiyə Ərəbistanını da nəzərə almadı. Rusiya bu sazişdən öz təbliğatı üçün, daxili auditoriya üçün istifadə edəcək.

Bu saziş Suriya Azadlıq Ordusuna da lazım idi. Çünki Rusiyanın bombardmanından sonra Suriya Azadlıq Ordusu üçün qeyri-əlverişli bir vəziyyət yaranmışdı. Bu saziş Suriya Azadlıq Orusuna həm öz sıralarını möhkəmləndirməyə, həm də yeni silahlar əldə etməyə imkan verəcək. Martın 6-7-də Vyanada başlayacaq danışıqlar bəlli bir nəticəyə gətirib çıxarsa, Suriyada koalisyon hökumətin yaranmasına şərait yaratsa, o zaman həmin prosesdə Suriya Azadlq Ordusu da iştirak edəcək. Lakin bu da bir həqiqətdir ki, atəşkəs prosesində iştirak edən qüvvələrin hamısının mövqeyi heç də üst-üstə düşmür”x9d.

 

“Rusiya çün Suriyada sünnilərin və ya şiələrin hakimiyyətə gəlməsi önəmli deyil, yetər ki...”x9d

 

Ekspertin sözlərinə görə, Suriya probleminin həllində iştirak edən tərəflərin hər biri problemin həllinə öz maraq və təhlükəsizlikləri konteksində yanaşır:

“Türkiyə PKK-nın Suriya qanadı olan PYD və onun hərbi qanadı olan YPG-nin sülhyaratma prosesində tərəf olaraq yer almasını qəbul etmir. Səudiyyə Ərəbistanı Suriyada Əsədin hakimiyyətdə qalmasını istəmir. Türkiyə də bu mövqeyi dəstəkləyir. Amerikada Əsədin hakimiyyətdən getməsinin tərəfdarıdır. Səudiyə Ərəbistanı istəyir ki, Suriyada sünnilər hakimiyyətə gəlsin. Türkiyə də eyni niyyətdədir. Rusiya üçün isə Suriyada hakimiyyətə sünnilərin və ya şiələrin gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Rusiyaya elə bir hakimiyyət lazımdır ki, üzünü Rusiyaya çevirsin və Rusiya yanlısı olsun. Hansı ki, Əsəd hakimiyyəti məhz belə bir hakimiyyətdir. Suriya ilə yanaşı İraq məsələsində də bu cür mürəkkəblik var. Livan məsələsində də qarışıqlıq yaratmaq istəyirlər. Rusiya və İran Livanda qarışıqlıq yaratmaqda maraqlıdır. İraqda da sabitlik mövcud deyil. Bu ölkədəki qarışıqlıqlarda İranın barmağı var. Liviyanın özündə də parçalanma təhlükəsi mövcuddur. Bütün bu proseslərin hamısı həm böyük güclər, həm də həmin regiondakı ölkələr, xüsusilə də ərəb ölkələri üçün çox böyük məsuliyyət yaradır. Bu qüvvələr çalışmalıdırlar ki, ilk növbədə dövlətlərin ərazi bütövlüyü qorunub saxlanılsın.

Bu gün İraqın şimalı dövlətin nəzarətində deyil və demək olar ki, mərkəzi hakimiyyətə tabe olmur. Bərzaninin başçılıq etdiyi kürd qruplaşmaları dövlətin bütün atributlarını yaradıb. Suriyada da eyni adıımı Türkiyə ilə sərhəd ərazilərində kürd qruplaşmaları atıb. Bir sözlə, çox mürəkkəb bir vəziyyət yaranıb. Amma bununla belə atəşkəsin əldə edilməsi çox vacib idi”x9d.

 

“Bu gün Əsəd Suriyanın yox, sadəcə Dəməşqin prezidentidir”x9d

 

Q.Hüseynlinin fikrincə, atəşkəs qədim tarixə malik Suriyanı yeni dağıntılardan xilas etdi: “Qədim bir ölkə tamamilə dağılıb gedirdi. Müharibə bu dövləti xarabalığa çevirirdi. Əhalinin böyük bir hissəsi ”“ 17 milyonluq xalqın 12 milyonu qaçqın vəziyyətindədir. Türkiyədə 3 milyon, İordaniyada 2 milyon, Avropa ölkələrində 1 milyondan çox suriyalı qaçqın var. Belə olan bir halda Suriyada normal bir hökumət qurmaq mümkün olacaqmı? Buna nə dərəcədə müvəffəq olunacaq?

Rusiya iddia edir ki, Suriyada xalqın dəstəklədiyi qüvvə hakimiyyətdə olmalıdır. Məgər Suriyada xalq qalıb? Xalqın hamısı didərgin vəziyyətindədir. Rusiya iddia edir ki, guya qanuni hakimiyyət Əsədin rəhbərlik etdiyi hakimiyyətdir. Halbuki Əsədin hakimiyyəti Dəməşq və ətrafdakı bir neçə qəsəbəni əhatə edir. Belə olan halda Əsəd Suriyanın deyil, Dəməşqin prezidenti sayıla bilər. Əsədi bütün Suriyanın prezidenti kimi qəbul etmək mümkün deyil. Çünki Suriyanın çox hissəsində səsvermə prosesi baş tutmadı. Odur ki, bu mənzərə Vyana danışıqlarını da mürəkkəbləşdirəcək. Çünki ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı Əsədsiz hökumətin qurulmasını istəyir. Onlar bütün səlahiyyətin koalisyon əsasda yaranan keçid hökumətinə verilməsini istəyirlər. Səudiyyə Ərəbistanı açıq şəkildə bildirir ki, bu vaxta qədər şiələr əhalinin cəmi 10%-ni təşkil etsə də, hakimiyyətdə təmsil olunublar. Bundan sonra Suriyanı sünnilərdən ibarət hakimiyət idarə etməlidir. Məzhəb ayrılığı da ciddi siyasi mübarizəyə gətirib çıxardıb”x9d.

 

“Rusiyanın Suriyaya gəlməsi bölgənin fəlakəti oldu”x9d

 

Politoloqun sözlərinə görə, Rusiyanın Suriyaya hərbi müdaxiləsi bu problemin həllinə nəinki heç nə qazandırmadı, əksinə, onu tamamilə həlledilməz bir vəziyyətə gətirib çıxartdı:

“Rusiyanın bölgəyə gəlməsi bölgənin fəlakəti oldu. Rusiyanın gəlişinə qədər bölgədə vəziyyəti idarə etmək mümkün idi. Rusiyanın bölgəyə gəlişindən sonra İran da Suriyaya müdaxilə etdi. Rusiya və İran istisna olmaqla, Suriya probemində yer alan dövlətlər bu məsələni nizama salacaqdılar. Rusiya və İran birləşərək tərəf təşkil edirlər. ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı isə başqa bir tərəf təşkil edir. Bu isə fikir və mövqe fərqliliyinə gətrib çıxardır. Bütün bunlar Suriya probleminin süni surətdə uzanmasına səbəb olur.

Atəşkəsin imzalanması müsbət bir haldır və ola bilsin ki, bunun dönməz bir prosesə çevirmək mümkün olsun. Lakin mənim qənaətimcə, atəşkəs prosesi çox kövrəkdir və istənilən an pozula bilər”x9d.

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin