”“ 2016-cı ildə Azərbaycanı hansı iqtisadi dəyişikliklər gözləyir? xa0
xa0”“ 2016-cı ildən danışacağıqsa, ili 4 rübə bölək. Birinci rübdə müəyyən qədər durğunluq müşahidə olunacaq. Lakin ilin ikinci rübündə nisbətən stabilləşmə görəcəyik. Üçüncü rübdə - stabil iqtisadiyyat, sonuncu rübdə ”“ yaxşılaşma, başqa sözlə desək, ölkə iqtisadiyyatının çiçəklənməsi dövrü olacaq. Ümumiləşdirsək, 2016-cı ili Azərbaycanda bolluq ili kimi xarakterizə edərik. xa0xa0
”“ Manatın devalvasiyası və ərzaqların bahalaşması haqda nə deyə bilərsiniz? xa0xa0
”“ Manatın məzənnəsində gözəçarpacaq bir dəyişiklik gözlənilmir. Bahalaşma isə müşahidə olunacaq. Tütün və spirtli içkilərdə bu hal daha çox müşahidə ediləcək.xa0
xa0 ”“ xa0Önümüzdəki il mədəniyyət sahəsində hansı yeniliklər gözlənilir? xa0
xa0”“ 2016-ci ildə mədəniyyət aləmində sözünü demiş, məşhur, xalq tərəfindən sevilən iki şəxsin ölümü hər kəsi yasa boğacaq. xa0
xa0”“ Bəs, siyasi mühitdə? xa0xa0
”“ Önümüzdəki ildə gözlənilmədən iki siyasi xadim dünyasını dəyişəcək. Bilirsiniz, bir var əcəllə ölüm, bir də var gözlənilmədən. İki siyasi və olduqca məşhur xadim, deyərdim ki, hər ikisi ürək və böyrək xəstəliyindən dünyasını dəyişəcək. Onların ölümü çox gözlənilməz olacaq. Yəni heç kimin ağlına gəlməyəcək şəxslər dünyasını dəyişəcək.xa0
xa0 ”“ Təbiət hadisələri də insanların maraq dairəsində olur. 2016-da hansısa “sürpriz”x9d gözlənilmir ki?
xa0xa0 ”“ Mən təbiət hadisələri - hava, zəlzələ, təbii fəlakətlər haqda proqnoz vermirəm. Amma öz hissiyyatıma güvənib demək istəyirəm ki, 2016-cı ildə ölkəmizdə çoxlu yeraltı təkanlar baş verəcək. Onların, demək olar ki, 70 faizi suda, 30 faizi quruda olacaq.xa0
xa0 ”“ Bu təbii fəlakətlər insan itkisinə səbəb olacaq?
xa0xa0 ”“ Xeyr, yeraltı təkanlar o qədər də təhlükəli olmayacaq, amma sel daşqınları zamanı tələfat görürəm. Dağlıq rayonlarda yağış və sel suları bu il çox güclü olacaq. Bu da öz növbəsində kənd təsərrüfatına mənfi təsir göstərəcək. xa0
xa0”“ 2016-cı ildə dünyanın bəlasına çevrilən İŞİD-i nə gözləyir?
xa0xa0 ”“ İŞİD 2016-cı ilin ilk yarısında yatmış vulkana dönəcək: 6 ay ərzində gözləmə mövqeyinə çəkiləcək və öz gücünü qoruyacaq, yəni sıradan çıxmayacaqlar, özlərini möhkəmlədəcəklər. xa0








































































































