Bakıda sıxlıq yaranıb.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata görə, Heydər Əliyev pr. Heydər Əliyev mərkəzinin yanı, Yusif Səfərov küçəsi istiqamətində yol ötürücüsünün aşağı hissəsi aparılan təmir bərpa işləri ilə əlaqədar yolda hərəkət qismən məhdudlaşdırılmış və nəticədə nisbətən sıxlıq yaranıb.
28 May küçəsi istiqamətində hərəkət edən sürücülər alternativ yol kimi Babək pr. və ya A.Nobel pr.-dən istifadə edə bilərlər.





































































































