Moderator.az - ötən həftə AMEA-da araşdırma apararaq qurumda olan bir sıra məqamlarla bağlı oxuculara məlumatlar təqdim etmişdi. Oxuculara növbəti araşdırmanı təqdim edirik.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının elmi statusu 2014-cü ildə ləğv edilib. Bu ləğv nəticəsində kitabxanada elmi işlər üzrə direktor müavini və elmi katib vəzifələri də artıq yoxdur. Keçmiş direktor müavini və elmi katib indi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyirlər. AMEA MEK-in keçmiş direktoru Aybəniz Əliyeva-Kəngərli isə Əlyazmalar İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır (//publika.az/p/47824).
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “əməkdar mədəniyyət işçisi”x9d fəxri adı almış Azər Cəfərov 2014-2015-ci illərdə AMEA MEK-də ümumi işlər üzrə direktor müavini olmuşdur (//e-qanun.az/framework/10790). Bu təcrübəli işçi indi gənc kadr, ixtisasca geoloq Fuad Aslanov ilə əvəz edilib.
Akademik Akif Əlizadənin kadrı olan tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanaçılıqla heç bir əlaqəsi olmayan bir kadrdır. Akademik Bəkir Nəbiyevin qızı Leyla İmanova AMEA Mərkəzi Kitabxanasının yeni binasının açılışı zamanı ölkə başçısına Akif Əlizadə tərəfindən AMEA Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzinin direktoru kimi təqdim edilmişdir (//www.president.az/articles/11646). Mərkəzi Kitabxananın yeni binasının açılışından sonra 7 may 2014-cü ildə L.İmanovanın yoldaşı Nazim İmanov AMEA İqtisadiyyat İnstitutunun direktoru təyin edildi (//modern.az/articles/56698/1/).
2014-cü ilin oktyabrında Leyla İmanova AMEA MEK-in direktoru təyin edilib, Aybəniz Əliyeva-Kəngərli isə direktor vəzifəsindən azad edildi (//az.trend.az/azerbaijan/society/2322236.html). Aybəniz Kəngərli zəngin kitabxanaçılıq təcrübəsinə malikdir. A.Əliyeva 1968-2001-ci illərdə AMEA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində kitabxana müdiri, 2001-2002-ci illərdə AMEA MEK-də elmi işlər üzrə direktor müavini, 2002-2014-cü illərdə isə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru olub. Aybəniz Kəngərli Nizami adına Ədəbiyyat Muzeyindəki 33 illik kitabxana müdirliyi fəaliyyətinin 16 ilini Leyla İmanovanın atası akademik Bəkir Nəbiyevin rəhbərliyi altında keçirmiş və B.Nəbiyevin işçi kadrı olub (//www.azerbaijan-news.az/index.php?mod=3&id=8225).
Akif Əlizadənin kadr seçimi 1992-93-cü illərdə hakimiyyətdə olan Xalq Cəbhəsi hökumətinin kadrlarını xatırladır. A.Əlizadə tərəfindən tibb üzrə fəlsəfə doktoru kitabxana direktoru təyin olunursa, o zaman isə eks-prezident Elçibəy tərəfindən fizik xarici işlər naziri, riyaziyyatçı isə müdafiə naziri təyin olunurdu.
Xəyal Əzizov





































































































