Saytlardan birinin yaydığı məlumata görə, Milli Məclisin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun qardaşı Nizami İbrahimov Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Baş verən
bu olay cəmiyyətin aktiv kəsimi tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəzi
ictimai-siyasi xadimlər bunu qarşıdakı islahat və kadr dəyişikliklərin
başlanğıcı kimi dəyərləndirib.
Moderator.az-a
açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq və hüquqşünas
İlqar Altay da bu olayın qarşıdakı islahatların müjdəçisi ola biləcəyini
vurğulayıb:
“Bu fakt onu göstərir ki, Eldar İbrahimov uzun illərdən
bəri nəhayət ki, hakimiyyət daxilindəki mövqeyini itirir. Belə görünür ki,
o hətta YAP-ın parlamentə namizədlər siyahısında belə yer almayıb və
narazı(üsyankar) mövqedən hakimiyyətin müəyyən qollarına aid rəsmi orqanları
şiddətli tənqidə başlayıb. Bu isə, artıq, dövlət orqanları təmsilçiliyindəki
yaxınlarının neytrallaşdırılması ilə onun tam "tərksilah" edilməsinə
rəvac yaradıb.
Bütün
bunlar isə onu göstərir ki, İlham Əliyevdən qəti reforma gözləntisi reallıqdır. Parlament
seçkilərinə doğru bu istiqamətdə proseslər ölkənin bütün sahələrini və hətta,
hakimiyyət daxilini əhatə edəcək dərəcədə vüsət alacaq. Bu isə artıq köklü
reformalar deməkdir və dünyanın, regionun indiki çətin böhranlı dövründə sadəcə,
qaçılmazdır. Elə bir zaman yetişib ki, hətta, bizim istəyimizdən və ya hansisa
şərtlərdən asılı olmayacaq dərəcədə hərtərəfli agıllı, mütərəqqi, qətiyyətli
islahatlara məhkumuq. Bu, birmənalıdır”x9d.
Seymur Əliyev





































































































