Haçansa əvvəllər də siyasi mədəniyyətlə bağlı fkrimi yazmışdım, amma görünür o vaxt çoxlarının bu məsələyə diqqətini kifayət qədər çəkə bilməmişəm. Odur ki, ötən həftə yaşanan siyasi mədəniyyətsizlik fonunda bu məsələyə yenidən müraciət etməli oldum.
Əvvəla onu qeyd edim ki, mənim təbirimcə dünyada siyasi mədəniyyət mövcud deyil, bu sadəcə siyasi proseslərin görünən tərəfidir. Məsələn, biz gülə gözəllik simvolu kimi baxırıq, halbuki gül bitkilərin genefondunun davam etirilməsi üçün ortaya çıxan bir vasitədir və sadəcə bütün canlı varlıqların gözünü oxşayır. Sözsüz ki, bu gözəllik də İlahi tərəfindən boşuna yaradılmayıb. Bu bütün varlıqların diqqətini özünə çəkmək məqsədi daşıyır ki, çiçəyin tozlanmasına - nəslin davam etməsinə yardımçı tapılsın. Mənə elə gəlir ki, "siyasi mədəniyyət" məhfumunun da amalı məhz gözəllik simvolu sayılan güllərin çiyinlərinə İlahi tərəfindən qoyulmuş missiyaya bənzəyir.
Belə ki, görüntü xarakteri daşıyan, komandanın ciddi qarşudurmaları və şiddətləri altında formalaşan "siyasi mədəniyyət" yalnız demokratik seçkilərin keçirildiyi, siyasi qüvvələrin vaxtaşırı olaraq vətəndaşdan səs almağa ehtiyacı olan ölkələrdə təşəkkül tapa bilir. Məsələn, bir neçə il əvvəl Amerika prezidenti Bill Klintonla Monika Livinski adlı bir xanım arasında qalmaqal yaşandı. Xanım idda edirdi ki, nə vaxtsa - hələ prezident seçilməzdən əvvəl Bill Klinton ona qarşı təcavüzə cəhd göstərib. Dərhal prezident xalqdan üzr istədi və öz istefa ərizəsını parlamentə təqdim etdi. Düzdür, həmin vaxt parlamentin təyin etdiyi referendumda Amerika vətəndaşları yenidən prezidentə ehtimad göstərdi, hər halda prezident istefa ərizəsi yazmağa özündə "cəsarət" tapa bildi və öz "siyasi mədəniyyət"ini nümayiş etdirdi. Amma, gəlin görək doğurdanmı bu prezidentin cəsarətindən, vicdanında və ya "siyasi mədəniyyət"İndən asılı olan bir məsələdir? Əlbəttə, xeyir, bizim mənəvi hisslərin sentimental məhfumları ilə ifadə etdiyimiz bu proses, sadəcə kənardan belə görünür. Əsil həqiqət isə ondan ibarətdir ki, sözügedən qalmaqal ictimayiləşən kimi Demokratlar Partiyası prezidentə təzyiq etdi ki, partiya sənin üzündən öz nüfuzunu itirir, sabah biz xalqdan səs istəyəndə sənin əməllərini qarşımıza əsas kimi qoyaraq bizi yox, rəqibimizi seçəcəklər. Hətta bəzən bu cür səhvlərə yol vermiş yüksək çinli məmurlara öz günahların yumaq üçün yollar belə göstərilmir. Ona sadəcə qısa məzmunlu tapşırıqlar verilir: "Get günahını yu!" Bəzən bu günah yumaq səhv etmiş məmurun həyatı bahasına başa gəlir - o sadəcə intihar etməkdən başqa bir yol tapa bilmir. Bizim "siyasi mədəniyyət" adlandırdığımız bu prosesin həqiqi tərəfi, məhz bu qədər sərt siyasi münasibətlərdən ibarətdir. Yəni səhv üzündən istefa verən məmur heç də öz vicdanının səsi ilə istefa vermir, bu vicdan məsələsi deyil, sadəcə demokratik siyasi sistemin işlək bir mexanizmidir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu proses yalnız demokratik seçkilər keçirilən ölkələrdə baş verə bilir.
Görüntü xatirinə seçkilər keçirən və ya ümumiyyətlə hakimiyyəti qeyri-seçki yolu ilə formalaşan - nəsildən-nəsilə ötürülən monarxiyalarda, avtoritar və tiokratik rejimlərdə isə bu cür "siyasi mədəniyyət" müşahidə edilmir. Bunun isə yeganə səbəbi siyasi hakimiyyətin vətəndaşın iradəsindən kənar formalaşmasıdır. Başqa sözlə desək, belə rejimlərdə siyasi hakimiyyət mütamadi olaraq səs almaq üçün vətəndaşın ayağına getmir, ona vətəndaşın səsi lazım deyil. Belə rejimlər öz məmurlarını ciddi cəhdlərlə qoruyurlar. Belə rejimlərin məmurları aşağılara deril, yalnız yuxarılara xəyanət etdikdə bağışlanılmırlar. İerarxiyanın (Hakimiyyət nərdivanı) yuxarı pilləsinə sədaqətli olan məmurların aşağılarla kobud davranmaq ümmunitetləri çox güclü olur. Bu səbəbdən də avtaritar rejimlərin məmurları daha azğın və kobud, demokratik rejimlərin məmurları isə daha mülayim və mədəniyyətli olur. Bunu təkcə yüksək çinli məmurların deyil, hətta sıravi poislərin davranışlarında da sezmək olar. Məsələn, Azərbaycan poisini söyən vətəndaşla, Norveç poisini söyən vətəndaşı müqayisə etmək kifayətdir. Norveç qanunlarına görə vətəndaş polisi söydüyünə görə sinayət məsuliyyəti daşımır, ona görə də Oslo polisi belə söyüşləri qulaqardına vurur. Azərbaycan polisini söyənlərin isə aqibəti hamıya bəllidir...
Akif Nəsirli, iqtisadçı ekspert






























































































