“LUKOİL”in yanacaqdoldurma məntəqələrində müştərilər aldadılır? – Şirkətdən AÇIQLAMA – VİDEO

Hazırda oxunan: “LUKOİL”in yanacaqdoldurma məntəqələrində müştərilər aldadılır? – Şirkətdən AÇIQLAMA – VİDEO

624215

“LUKOİL” yanacaqdoldurma məntəqələrində müştərilərin aldadıldığı iddia olunur.

Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. Videonu paylaşan xanım sürücü iddia edir ki, 20 manat ödəsə də, onun avtomobilinə 17 manatlıq yanacaq vurulub.

Ən əsası aparatın lövhəsində ödənişin miqdarı göstərilsə də, vurulan yanacağın həcmi qeyd olunmayıb.

Sürücü xanım belə vəziyyətlə tez-tez rastlaşdığını da dilə gətirib.

Məsələ ilə bağlı “LUKOİL- Azərbaycan”a müraciət etdik.

Şirkətdən Bizim.Media-ya verilən açıqlamada bildirildi ki, həqiqətin belə bir hadisə baş verib:

“Bu operatorun səhlənkarlığı ucbatından baş verib. Biz məsələni araşdırdıq və həmin nöqsana yol verən şəxs işdən kənarlaşdırıldı. Lakin xanım sürücünün əlaqə telefonu olmadı ki, onunla danışıb üzrxahlıq edək.

Bizim şirkətin 012-497-41-90 nömrəli qaynar xətti var. Bu nömrə yanacaqdoldurma məntəqələrinin hamısında hər kəsin görə biləcəyi yerlərə yerləşdirilib. Yaxşı olar ki, xoşagəlməz hallarla rastlaşan sürücülər anındaca bizim qaynar xəttə müraciət etsin ki, biz də onlara yardımçı olaq, problem yaşanmasın”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin