Moderator.az xəbər verir ki, deputat seçildiyi bölgədə seçicilərlə görüşü çərçivəsində Tovuzda olan Qənirə Paşayeva Qovlar şəhərində olub.
Qovlar şəhərində xa0millət vəkili Qənirə Paşayevanın “Dünyanı dəyişən alimlər”x9d kitabının xa0təqdimatı xa0keçirilib xa0və müəllim və xa0məktəblilərə hədiyyə edilib.
Millət vəkili, xa0Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu xa0İB-nin sədri Qənirə Paşayeva kitab haqqında məlumat verərək dünya tarixinə adını yazmış 50 böyük alim haqqında olan “Dünyanı dəyişən alimlər”x9d adlı kitabının nəşr edilməsində məqsədin xa0gənclərin elmə daha da meyillənməsinə dəstək göstərmək olduğunu deyib: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın xa0meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış bir neçə azərbaycanlı alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək.”x9d Millət vəkili Qənirə Paşayeva Qovlar şəhər ziyalılarını və müəllimləri gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”x9d, ”“ millət vəkili Qənirə Paşayeva deyib. xa0Tədbirdə iştirak xa0etmiş müəllimlər və digər tədbir iştirakçıları çıxış edərək uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsini əhəmiyyətini vurğuladılar. Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili Qənirə Paşayeva tədbirin sonunda xa0müəllim xa0və şagirdlərə müəllifi olduğu “Dünyanı dəyişən alimlər”x9d kitabını imzalayaraq hədiyyə etdi.
































































































