Azərbaycanda yaşayış yerini dəyişən vətəndaşların yeni ünvanda qeydiyyata alınması qanunvericiliklə müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Bu qaydalara əməl etməyən şəxslər barəsində inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur.
Bəs yeni yaşayış yerinə köçən vətəndaşlar neçə gün ərzində qeydiyyata düşməli və bu tələbi pozduqları halda hansı cəza ilə üzləşə bilərlər?
Bizim.Media xəbər verir ki, Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov “konkret.az”a açıqlamasında bildirib ki, yaşayış yerini dəyişən vətəndaş yeni ünvana gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinin müvafiq ərazi idarəsinə və ya ASAN Xidmət mərkəzinə müraciət etməlidir.
“İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən, yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatdan keçməyən, eləcə də qeydiyyata alınma və qeydiyyatdan çıxma qaydalarını pozan vətəndaşlara xəbərdarlıq edilir və ya 30 manat məbləğində inzibati cərimə tətbiq olunur”.
Beləliklə, yaşayış yerini dəyişən şəxslərin qanunvericilikdə nəzərdə tutulan müddətdə qeydiyyata alınması inzibati məsuliyyətlə üzləşməmələri baxımından əhəmiyyət daşıyır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:37 / 05.10.2026
10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
Hazırda oxunan: 10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
Hazırda oxunan: 10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
640425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































