“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Hazırda oxunan: “Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

640413

“Flydubai” təyyarəsinin ikinci pilotu Təl-Əvivdəki Ben Qurion hava limanının terminalına çırpılmaq məqsədilə təyyarəni qaçırmağı planlaşdırıb.

Bizim.Media  xəbər verir ki, bu barədə İsrailin televiziyasının 12-ci kanalı məlumat yayıb.

Hindistanlı pilot Smit Maçhar dindirmə zamanı bildirib ki, planını təyyarə İsrail sərhədləri yaxınlığında, İordaniya üzərində uçarkən həyata keçirməyi nəzərdə tutub. Lakin kapitanın müdaxiləsi nəticəsində onun planı baş tutmayıb.

Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi insident səbəbindən Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib. Hadisə ilə bağlı araşdırma davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin