OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

Hazırda oxunan: OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

640351

Neft hasilatının könüllü azaldılması ilə bağlı öhdəlik götürən OPEC+ ölkələrindən yeddisi – Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, Oman və Əlcəzair – noyabr ayında mövcud neft hasilatı kvotalarını saxlamaq barədə razılığa gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə OPEC-in yaydığı məlumatda bildirilib.
 

Beləliklə, 2026-cı ilin noyabrında Rusiyanın gündəlik neft hasilatı kvotası 9,949 milyon barel, Səudiyyə Ərəbistanının 10,478 milyon barel, İraqın 4,431 milyon barel, Küveytin 2,676 milyon barel, Qazaxıstanın 1,628 milyon barel, Əlcəzairin 1,007 milyon barel, Omanının isə 841 min barel təşkil edəcək.

 

Bu göstəricilər 2026-cı ilin sentyabr və oktyabr ayları üçün müəyyən edilmiş kvotalarla eynidir. Növbəti görüşün noyabrın 1-də keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin