Lamin Yamal unikal nəticəyə imza atdı

Hazırda oxunan: Lamin Yamal unikal nəticəyə imza atdı

640382

İspaniya millisinin və "Barselona"nın ulduzu Lamin Yamal UEFA Millətlər Liqasında unikal göstəriciyə imza atıb.

Bizim.Media xəbər verir ki, 19 yaşlı futbolçu Çexiya ilə matçın 6-cı dəqiqəsində baxımlı qola imza ataraq İspaniyanın 3:1 hesablı qələbəsinə töhfə verib.

Bununla da Yamal ardıcıl üç oyunda 10 dəqiqə ərzində qol vuran ilk futbolçu olub.

O, İngiltərə və Xorvatiya ilə əvvəlki iki qarşılaşmada da 2-ci dəqiqədə fərqlənmişdi. Çexiya ilə matçda isə hesabı 6-cı dəqiqədə açıb.

İspaniyanın digər qollarını Rodri və Mikel Merino vurub. Çexiyanın yeganə qolunun müəllifi isə İrji Slama olub.

İspaniya bu qələbə sayəsində A liqasının 3-cü qrupunda 9 xalla liderliyini qoruyub və ardıcıl 41-ci oyununda məğlub olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin