Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Hazırda oxunan: Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

640380

ABŞ Prezidenti Donald Tramp süni intellekt sahəsində fəaliyyət göstərəcək yeni federal işçi qrupu yaradıb.

Bizim.Media “Associated Press“ə istinadən xəbər verir ki, “Super Intelligence Force” adlandırılan qrupa ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton rəhbərlik edəcək.

Yeni qurumun əsas məqsədi ABŞ-ın süni intellekt sahəsində dünya liderliyini qoruması üçün federal hökumətin fəaliyyətini əlaqələndirməkdir. İşçi qrupu texnologiyanın imkanları ilə yanaşı, yarada biləcəyi riskləri də qiymətləndirəcək.

Qrupa Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, Pentaqonun texnologiya üzrə rəsmisi Emil Maykl və Personal İdarəetmə Ofisinin direktoru Skott Kupor da daxil edilib.

Qurum istehlakçılar, ictimai təşkilatlar, kritik infrastruktur operatorları və süni intellekt şirkətləri ilə əməkdaşlıq edəcək. İşçi qrupu birbaşa Trampa və Ağ Evin aparat rəhbəri Syuzi Uaylsa hesabat verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin