Rusiya Ukraynaya qarşı istifadə etməyə başladığı “Dan-T” adlı yeni qanadlı raket hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Forbes yazıb.
Mənbə qeyd edir ki, silah ənənəvi qanadlı raketlərdən daha kiçik, yüngül və ucuzdur.
“Dan-T”nin uçuş məsafəsinin 450 kilometr, maksimal sürətinin saatda 500 kilometr olduğu, döyüş başlığının isə 130 kiloqram təşkil etdiyi bildirilir.
Məlumata görə, Rusiya 2026-cı ilin sonuna qədər 2 min, 2027-ci ildə isə 14 minədək belə aparat istehsal etməyi planlaşdırır.
Bizim.Media



































































































