Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin münaqişənin nizamlanması məqsədilə oktyabr ayında Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşə hazır olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtondan olan nümayəndələr Moskva və Kiyevlə əlaqə saxlayaraq ayın sonunadək görüş keçirməyi təklif edirlər.
“Dünən mən onlara tərəfimizin bunu dəstəkləməyə hazır olduğunu təsdiqlədim”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna tərəfi bu görüşü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və ya ABŞ-nin təklif edəcəyi başqa bir ölkədə keçirməyə razıdır.
Bizim.Media
































































































