"Google" korporasiyası süni intellekt xidmətlərində model əlçatanlığı üzrə yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, şirkətin məlumat mərkəzində yerləşən yeniliklərə əsasən, oktyabrın 9-dan etibarən ödənişsiz (free) istifadəçilər "Gemini Pro" və digər qabaqcıl modellərə çıxışı itirəcəklər.
Dəyişikliklər nəyi əhatə edir? Oktyabrın 9-dan sonra ödənişsiz versiyadan istifadə edənlər yalnız daha sadə və sürətli tapşırıqlar üçün nəzərdə tutulan "Flash-Lite" modelindən yararlana biləcəklər. "Pro" və "Flash" modellərinə ödənişsiz giriş tamamilə məhdudlaşdırılır.
Abunəçilərə təsiri: Yeniliklər təkcə ödənişsiz istifadəçilərə deyil, həm də bəzi aşağı səviyyəli ödənişli planlara ("AI Plus") şamil olunacaq – həmin abunəçilər də "Pro" modelinə çıxışı itirəcəklər. Daha güclü "Pro" və "Ultra" səviyyəli ödənişli plan istifadəçiləri isə tam imkanlardan yararlanmağa davam edəcəklər.
Səbəb: Mütəxəssislərin fikrincə, bu addım yüksək hesablama gücü tələb edən sorğuların resurs yükünü tənzimləmək və istifadəçiləri ödənişli tarif planlarına yönəltmək məqsədi daşıyır.
Bizim.Media



































































































