Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun Ər-Riyad və Xurays şəhərlərində yerləşən obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiklərini iddia ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Husilərin hərbi nümayəndəsi Yəhya Saria hər iki əməliyyatın uğurla başa çatdığını iddia edib.
Onun sözlərinə görə, hədəflərə dəqiq zərbələr endirilib və hücuma məruz qalan obyektlərdə güclü yanğınlar baş verib.
Saria əlavə edib ki, hücumlar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının son 12 saat ərzində Səna və Yəmənin digər əyalətlərinə endirdiyi 50 hava zərbəsinə cavab olaraq həyata keçirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:09 / 04.10.2026
Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi
Hazırda oxunan: Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi
Hazırda oxunan: Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi
640359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































