“Azərbaycanda başörtüsü qadağan edilməyib. Bunu hər kəs bilməli və bilərək davranmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist və siyasi şərhçi Ardan Zentürk Azərbaycanla Türkiyə arasında son günlər başörtüsü məsələsi ətrafında aparılan müzakirələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda məktəblərdə vahid məktəbli forması tətbiq olunub:
“Bununla bağlı baş nazir Əli Əsədovun imzası ilə verilən qərarda başörtüsü və ya hicab ifadəsi belə yoxdur. Sumqayıtdakı 6 nömrəli tam orta məktəbdə başörtülü qız şagirdlərin məktəbə buraxılmamasından sonra valideynlərin reaksiyası olub və ertəsi gün həmin məktəbdə başörtüsü ilə girişə icazə verilib. Ölkə miqyasında başörtüsü ilə bağlı vahid qadağa yoxdur. Bu qədər aydındır”.
Daha ətraflı videoda:
Bizim.Media

- A-
- A
- A+
Region
18:40 / 04.10.2026
Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO
Hazırda oxunan: Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO
Hazırda oxunan: Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO
640362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































