Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hazırda oxunan: Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

640423

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza nəticəsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-infeksionist vəzifəsində çalışan, 1959-cu il təvəllüdlü Məmmədova Sücaət Qardaşxan qızı və onun həyat yoldaşı, 1953-cü il təvəllüdlü Şirin Şirinov xəsarət alıblar.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza baş verən nəqliyyat vasitəsi elə ailəyə məxsusdur.

Yaralılara ilkin tibbi yardım Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında göstərilib. Daha sonra onların müalicələrini davam etdirmələri üçün Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparıldıqları bildirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin