Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Hazırda oxunan: Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

640350

Rusiyanın ehtiyatında təxminən 700 ballistik raket var.

Bizim.Media xəbər verir ki,  bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.

 

"Kəşfiyyat məlumatımıza əsasən, Rusiyanın ehtiyatında təxminən 700 ballistik raket var və hər ay 140-a qədər belə raket istehsal olunur", - Ukrayna Prezidenti bildirib.


Onun sözlərinə görə, Rusiya kütləvi hücumların taktikasını dəyişdirir:

"Taktiki dəyişikliklər təkcə hücumların sayında deyil, həm də zərbələrin texnologiyası, xüsusən də reaktiv raketlərin nisbətində hiss olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin