Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Hazırda oxunan: Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

640408

Almaniya Ukraynanın Avropa İttifaqına üzvlüyünün sürətləndirilməsinin tərəfdarıdır və bu istiqamətdə Brüsseldə tərəfdaşları ilə işləyir. 

Bunu Almaniyanın federal kansleri Fridrix Merts Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyevdə jurnalistlərlə birgə görüşü zamanı bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

Onun sözlərinə görə, Zelenski ilə danışıqlar zamanı tərəflər Ukraynanın Avropaya inteqrasiya perspektivini də müzakirə ediblər.

Merts qeyd edib ki, Kiyev qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsində islahatları davam etdirir. Kansler Zelenskinin bu işin davam etdiriləcəyi ilə bağlı təminatlarını alqışlayıb və vurğulayıb ki, islahatlar Ukraynaya gələcək maliyyə yardımının göstərilməsi baxımından da əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu islahatların həyata keçirilməsinə görə əsas məsuliyyəti Ukrayna hökuməti və parlamenti daşıyır.

Daha əvvəl Merts Aİ-nin genişlənməsi ilə bağlı danışıqlar prosesinin sürətləndirilməsinin tərəfdarı kimi çıxış edib. 

Bununla yanaşı, kansler Ukraynaya Aİ-yə tamhüquqlu üzvlükdən əvvəl assosiativ üzvlük statusunun verilməsini təklif etmişdi və vurğulamışdı ki, belə bir format tamhüquqlu üzvlüyün əvəzi olmamalıdır.

Ukrayna Aİ-yə üzvlük prosesini mümkün qədər tez başa çatdırmağa ümid edir. Kiyev həmçinin Avropa İttifaqının genişlənməsi qaydalarına və metodologiyasına riayət etməklə artıq 2027-ci ildə inteqrasiyaya nail olmaq niyyətində olduğunu bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin